Haqqmızda

Şirkət haqqında

 

2015-ci ildə yaradılan AE Union MMC Azərbaycanda aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, AE Union MMC geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir. Uzun illərə dayanan peşəkar biznes yanaşmamız şirkətimizin yüksək səviyyədə müştəri məmnuniyyəti qazanmasına səbəb olmuş və nəticə etibarilə onu bu gün ön sıralarda gedən İT şirkətlərdən birinə çevirmişdir.

AE Union şirkəti Hewlett Packard Enterprise Aruba şirkətlərinin, HP Incorporated, Canon, Lenova, Cİsco, Zebra, DELL EMC, Ugreen və dünyanın 20-dən artıq digər qabaqcıl istehsalçısının rəsmi partnerudur.

 

İnsan kapitalı

 

AE Union da 15-dən artıq sadiq işçinin ailəsidir. Şirkətdə bir çox sayda yüksək-ixtisaslı və bacarıqlı mütəxəssislər çalışır. Əsas dəyərlərindən biri kimi peşəkarlığı rəhbər tutaraq, AE union şirkətinin kadrlarının ixtisas səviyyələrinin davamlı şəkildə artırılması üçün onların Azərbaycanda və xaricdə müxtəlif təlimlər keçməsinə ciddi sərmayələr yatırır. Şirkətin əməkdaşları mütəmadi olaraq müxtəlif İT sahələri üzrə aparıcı şirkətlər tərəfindən təşkil edilən ixtisaslaşmış təlimlərə qatılır.

 

Şirkətin dəyərləri

 

Fəlsəfəmiz

 İT hər kəs üçün.

 

Missiyamız

 – sifarişçilər üçün optimal İT həllər və tətbiqlər hazırlamaq üçün ən qabaqcıl texnologiya və məhsulları bazara gətirmək;

– peşəkar mütəxəssislər yetişdirmək;

– cəmiyyətin İT sahəsində maarifləndirilməsində aktiv iştirak etmək;

 

Məqsədimiz

 – daim regionun İT sektorunda aparıcı şirkət olaraq qalmaq;

– hər cür mürəkkəb səviyyədə həllər, ən son texnologiya və dəstək təmin etmək;

 

AE unionun başlıca dəyərləri:

 -Peşakarlıq

-Çeviklik

-Keyfiyyət

-İnnovativlik

-Etibarlılıq

-Səmərəlilik

-Kreativlik