Enerji təminatı və Soyutma sistemi

İT avadanlıq və sistemlərin etibarlı işinin əsasını onların yüksək keyfiyyətli, kəsintisiz enerji ilə təchizatı təşkil edir. AE Union hər cür sistemə, hər cür güc sərfiyyatına uyğun həllər həyata keçirmişdir və bu cür həlləri təklif edir. Fərqi yoxdur istehlakçı hansı avadanlığı işlədir: sabit cərəyanla çalışan, telekommunikasiya avadanlığı və ya elektrik yarımstansiyalarındakı qidalanan avtomatik qurğuları, yaxud dəyişən cərəyandan qidalanan İT avadanlıq, server otağı, məlumat mərkəzi, inzibati bina, səyyar sistem, tibbi diaqnostika mərkəzi, idman-konsert müəssisələri, sənaye obyektləri, zavodlar və sair.

4 tanınmış UPS istehsalçısı Fransanın APC by Schneider Electric, Türkiyənin Artronic şirkətləri ilə tərəfdaşlıq, bununla yanaşı Fransanın Schneider Electric şirkəti ilə yaxın əməkdaşlıq istənilən mürəkkəblik səviyyəsində olan ən müasir tələblərə cavab verən layihə həlli hazırlayıb həyata keçirməyə imkan verir. Mütəxəssislərimiz adları çəkilmiş şirkətlərin ən yüksək səviyyəli servis treyninqlərini keçərək müvafiq sertifikatlar almışlar.